Qaydalar

Qeydiyyatdan keçmək üçün telefon nömrənizi login, şifrə, e-mail və mobil nömrəniz tələb olunur.
Mobil nömrənizi düzgün daxil etməlisiniz.
Nömrənizə sms-lə aktivasiya kodu göndəriləcək.
Həmin kodu yazaraq, hesabınızı aktivləşdirəcəksiniz.
Əks halda hesabınız aktiv olmayacaq.
Parol yalnız anketinizdə olan e-mailə göndərilə bilər.
3.1 Ümumi Domen qaydaları
Domen adı Əxlaq normalarına uyğun olmalıdır.
Domen adı Azərbaycan Respublikasının qanunlarına uyğun olmalıdır.
Domen adında yalnız ingilis hərfləri, rəqəm və "-"(tire) simvolundan istifadə etmək olar.
Yuxarıdakı qaydalara uyğun olmayan Domen -lər xəbərdarlıqsız silinir.
3.2  .AZ Domen qaydaları
.AZ Domen adı minimum 3 simvoldan ibarət olmalıdır.
.AZ Domen adı alarkən mütləq Nethosting.az-dan Hosting alınmalıdır və NS-lər minimum 1 ay Nethosting.az-da olmalıdır.
Region adlarına və onların Beynəlxalq qısaldılmış adlarına uyğun Domainlər qeydiyyata alınmır.
Brend adlarına uyğun Domainlər həmin Brend-in məxsus olduğu şirkətin rəsmi icazə olmadan qeydiyyata alınmır.
Şənbə və Bazar günləri sifariş verilən .Az Domainləri Bazar ertəsi qeydiyyata göndərilir.
Saat 18:00-dan sonra sifariş verilən .Az Domainləri növbəti gün qeydiyyata göndərilir.
Qeydiyyat müddəti 1-3 iş gün təşkil edir. (İnterval qeyd olunduğu gündən hesablanır)
NS dəyişmək müddəti də yuxarıda göstərilən Qeydiyyat müddəti kimi hesablanır.
3.3 Beynəlxalq Domen qaydaları
Domen adı minimum 3 simvoldan ibarət olmalıdır.
Qeyd etdiyiniz e-mail ünvanına domeni aktivləşdirmək üçün təsdiq mesajı gəlir.Siz təsdiq linkinə daxil olaraq domeni aktivləşdirməlisiniz əks təqdirdə domeniniz deaktiv olunacaq.
NS-lər 1-4 saat ərzində dəyişilir.
4.1 Ümumi Hosting qaydaları
Əxlaq normalarına uyğun domain adına malik olmayan saytlara Hosting satılmır.
Azərbaycan Respublikasının qaydalarına uyğun olmayan saytlara Hosting satılmır.
Hosting-də əxlaqsız fayllar, xxx fayllar və s. yerləşdirməyə icazə yoxdur.
Hosting-dən başqa sayt və ya serverlərə ziyan vermək məqsədi ilə istifadə etmək olmaz.
Ödəniş olunmayan Hosting-lər istifadə müddəti bitdikdə avtomatik bağanılır.
İstifadə müddəti bitdikdən 15 gün sonra ödəniş olunmayan Hosting-lər silinir.
Yuxarıdakı qaydalara uyğun olmayan Hosting-lər xəbərdarlıqsız silinir.
4.2 Şirkətlər üçün Hosting qaydaları
Əyləncə, Chat, Forum saytlarına icazə yoxdur.
"4. Hosting qaydaları" ilə eynidir.
"4. Hosting qaydaları" ilə eynidir.
"4. Hosting qaydaları" ilə eynidir.
Balansa əlavə edilmiş pulu aşağıdakı hallarda geri götürə bilərsiniz:
Sizə təqdim olunan xidmət (Hosting, Reseller, VPS, Server və ya Domain) Nethosting.az səhvinə görə işləməzsə, məhsul alındığı tarixdən 24 saat ərzində Müştəri Xidmətlərinə məlumat verilərsə pulunuz sizə geri ödənə bilər.
Əks halda balansa qoyulmuş pul yalnız və yalnız xərclənə bilər, geri ödəmə edilmir.
Sualınız var? Bizə yazın

Bu formada sualınızı qeyd edin. Biz dərhal cavablandıracağıq.