Qaydalar

Qeydiyyat qaydaları
Qeydiyyatdan keçmək üçün mobil nömrəniz tələb olunur. Mobil nömrənizi düzgün daxil etməlisiniz.Nömrənizə sms ilə aktivasiya kodu göndəriləcək. Həmin kodu yazaraq, hesabınızı aktivləşdirəcəksiniz.Əks halda hesabınız aktiv olmayacaq.
Ümumi Domen qaydaları
  Domen adı Əxlaq normalarına uyğun olmalıdır.Domen adı Azərbaycan Respublikasının qanunlarına uyğun olmalıdır.Domen adında yalnız ingilis hərfləri, rəqəm və "-"(tire) simvolundan istifadə etmək olar.Yuxarıdakı qaydalara uyğun olmayan Domen -lər xəbərdarlıqsız silinir.
.AZ Domen qaydaları
.AZ Domen adı minimum 3 simvoldan ibarət olmalıdır.
Region adlarına və onların Beynəlxalq qısaldılmış adlarına uyğun Domainlər qeydiyyata alınmır.
Brend adlarına uyğun Domainlər həmin Brend-in məxsus olduğu şirkətin rəsmi icazə olmadan istifadəsi qanunsuzdur və belə bir hal aşkarlandığında bizim tərəfimizdən silinəcəkdir.
Beynəlxalq Domen qaydaları
Domen adı minimum 3 simvoldan ibarət olmalıdır.
Qeyd etdiyiniz e-mail ünvanına domeni aktivləşdirmək üçün təsdiq mesajı gəlir.Siz təsdiq linkinə daxil olaraq domeni aktivləşdirməlisiniz əks təqdirdə domeniniz deaktiv olunacaq.
Domen ödəniş qaydaları
Domenadi.sayt.az tipli domenlər ödənişsiz, digər domenlər isə ödənişlidir.
Məlumatların məxfiliyi
Domen alarkən qeyd etdiyiniz məlumatlar domen satışı həyata keçirən saytların “who is” bölməsində görünəcəkdir.
Bizim saytımızda sizin aldığınız domen siyahısı və qeydiyyat məlumatlarını digər şəxs tərəfindən görünməyəcək.
Saytınızda dərc etmədiyiniz məlumatlar digər şəxs tərəfindən görünməyəcək.
Qeydlər
Qeyd 1:
Məlumatlarınız Sayt.az komandası tərəfindən qorunur. Digər bir saytın daxili resurslarına müdaxilə qeyri qanunidir və belə bir hal baş vermə halları rast gəlinəndir. Bu səbəbdən şəxsi məlumatlarınızı sayta yükləməmənizi tövsiyyə edirik. Əks halda Sayt.az məsuliyyət daşımır.
Qeyd 2:
Təhlükəsizlik üçün hər 3 aydan bir şifrənizi dəyişməniz və şifrə olaraq şəxsi məlumatlarınızı (ad, soyad, doğum tarixi, telefon nömrəsi və s.) daşıyan sözlərdən istifadə etməməniz tövsiyyə olunur.
Qeyd 3:
Sayt məlumatlarınızın texniki səbəbdən və ya kənar müdaxilə nəticəsində itmə, silinmə kimi halların baş vermə ehtimalını nəzərə alaraq mütəmadi olaraq filan funksionallıqdan istifadə edərək özünüzdə bir nüsxəsini saxlamanız tövsiyyə olunur.
İstifadə qaydaları
Qurduğunuz saytı 1 həftə (7 gün) ödənişsiz istifadə edə bilərsiniz. Daha sonra Premium Paketə keçməniz tələb olunur. Əks təqdirdə sayt məlumatların yayımı bloklanır.
Premium paketin istifadə müddəti bitdikdən sonra, vayı uzatılmazsa saytın fəaliyyəti dayandırılır.
Fəaliyyəti dayandırılan sayt 1 ay müddətində xəbərdarlıq ilə sistemimizdə yer alır. Vaxt bitdikdən sonra ödəniş hələ də olunmazsa sayt avtomatik olaraq tərəfimizdən silinir.
Əxlaq normalarına və Az. Respublikası qanunlarına zid olan məzmunlu saytlar avtomatik silinəcəkdir.
Qaydaların yenilənməsi
Bu qaydalar yenilənə bilər. Mütəmadi olaraq bu ünvana daxil olaraq tanış ola bilərsiniz.