Dünya üzərində etibarlı olan bir domen almaq istəyirsinizsə, üst səviyyəli domen uzantısını seçməyiniz çox vacibdir. Domen adınızdakı açar söz, xüsusi isim və ya marka adınız internetdəki əlçatanlığınızı böyük ölçüdə artırır. Lakin bir domenin keyfiyyəti yalnız ibarət olduğu adlar və ya sözlərlə ölçülmür. “.COM” uzantısı ilə almış olduğunuz domen adı prestiji də bərabərində gətirəcək. Bütün dünyadana keçərli bir uzantı olan “.COM” domeni satın almaq axtarış motorlarının da diqqətini çəkəcək. İllər ötdükcə dəyərini daha da artıran “.COM” dünyanın ən çox üstünlük verilən domen uzantısıdır.
“.COM” domeni almaq üçün vacib olan 5 maddəyə nəzər yetirək:
Dünyada ən çox satılan domen uzantısıdır.
Vebsaytınızın axtarış motorlarında (Google, Yandex və s.) ön səhifələrdə sıralanmasına birbaşa kömək edir.
İnsanlar hər hansı bir vebsaytı axtararkən ağıllarına gələn ilk uzantı “.COM”dur.
Qlobal aləmdə ən çox etibarlılığa və öncəliyə sahib domen uzantısıdır.
“.COM” ən yüksək qiymətləndirmə dərəcəsinə sahibdir.
Bütün bu üstünlüklərə əlavə olaraq, bir domenin əsas hədəfi marka, məhsul və ya ad haqqında ilkin məlumatı verərək istifadəçidə fikir formalaşdırmaqdır. Bu səbəbdən domen alarkən uzantı ilə birlikdə domen adı da olduqca önəmlidir. Axtarış motorlarında domendəki adın axtarış həcmi mütləq araşdırılmalıdır.
Bu gün məşhur olan demək olar ki, bütün böyük markaların “.COM” uzantılı domen ünvanına sahib olmaları da diqqətdən yayınmamalıdır. Bu markalara misal olaraq, Google.com, Facebook.com, Instagram.com, Linkedin.com domelərini göstərə bilərik.
Siz də internet bazarında bir marka olmaq, yaddaqalan və prestijli bir domen üçün elə indi Sayt.az vasitəsilə “.COM” uzantısını əldə edə bilərsiniz.