Bu işə yeni başlayanlar üçün əsas məsələ hansı proqlaşdırma dillərini öyrənməli olduqlarını bilməkdir. Hər kəs qısa müddətdə öyrənə və tətbiq edə biləcəyi bir proqramlaşdırma dilini öyrənmək istəyir. Lakin biz bu gün əksini edərək ən çətin öyrənilə biləcək proqramlaşdırma dillərindən danışacağıq.
BrainFuck
Elə dilin adından yəqin ki, necə problemli olduğunu anlamışsınızdır. Urban Müller tərəfindən 1993-cü ildə hazırlanan bu proqramlaşdırma dilinin ən kiçik ölçülü kompilyator olması nəzərdə tutulmuşdu. Yalnız 8 simvolu olan bu proqramlaşdırma dili sadə bir maşın model ilə işləyir.
BrainFuck dilini təşkil edən həmin 8 simvol bunlardır
><+-.,][
Cow
Bəli, Cow. Azərbaycan dilinə tərcümədə olduğu kimi bildiyimiz dörd ayaqlı inək.
Bu proqramlaşdırma dilində “Moo” sözünün müxtəlif variasiyalarından istifadə olunur və bu variasiyaların hər biri simvol olaraq xidmət edir.
Simvollar əvəzinə “Moo”nun müxtəlif şəkillərindən istifadə olunduğu üçün bu dili yazarkən boşluq qoyub qoymamanız, yeni sətrə keçib keçməməniz bir o qədər də fərq etmir.
Intercal
Proqramistləri bəzən sevindirən, bəzən isə məyus edən bir dildir. Dəqiq olan tək şey isə onun bu günə qədər hazırlanan “ən nəzakətli” proqramlaşdırma dili olmasıdır.
Intercal proqramistlərin könlünü xoş tutmaq üçün müxtəlif ifadələrdən istifadə edir. Bunlar daha çox “Xahiş edirəm”, “Problem yoxdur” kimi ifadələrdir. Təbii ki, proqramlaşdırma dilinin tərtib olunması prosesində verdiyi reaksiyalar da qəribədir. Əgər “Script” daxilində “Please”dən kifayət qədər istifadə olunmayıbsa xəta verə bilər. Məsələn,
DO ,1 <- #13
PLEASE DO ,1 SUB #1 <- #238
DO ,1 SUB #2 <- #108
DO ,1 SUB #3 <- #112
DO ,1 SUB #4 <- #0
DO ,1 SUB #5 <- #64
DO ,1 SUB #6 <- #194
DO ,1 SUB #7 <- #48
PLEASE DO ,1 SUB #8 <- #22
DO ,1 SUB #9 <- #248
DO ,1 SUB #10 <- #168
DO ,1 SUB #11 <- #24
DO ,1 SUB #12 <- #16
DO ,1 SUB #13 <- #162
PLEASE READ OUT ,1
PLEASE GIVE UP
Whitespace
Whitespace digərləri kimi köhnə bir proqramlaşdırma dili deyildir. 1 aprel 2003-cü ildə yayımlanan bu proqramlaşdırma dili ilk öncə hər kəs tərəfindən zarafat olaraq qəbul olunsa da, elə deyildi. Təxmin etdiyiniz kimi Whitespace sadəcə boşluqlardan ibarət olan bir dildir.
Chef
Chef-in ana səhifəsində qeyd edilən prinsiplərə əsasən, bu proqramlaşdırma dili;
Proqram nəticələri həmişə etibarlı olmaya bilər, lakin hazırlamaq asandır.
Tariflər müxtəlif büdcələrlə tətbiq oluna bilər.
Tariflər metrik ola bilər, amma hazırlanarkən ənənəvi ölçü vahidləri istifadə edilməlidir.