Bir hostinq xidməti almağı və ya bu sektorda iş qurmağı planlayırsınızsa, hostinqlə bağlı ən təməl bilgiləri və ən çox qarşısınıza çıxacaq terminləri sizinlə paylaşmaq istəyirik.
FTP nədir?
"File Transfer Protocol" – adından da bəlli olduğu kimi vebsaytınız üçün hazırladığınız fayllar şəkilləri müvafiq qovluqlara yükləmək üçün istifadə olunur. FTP bağlantısını təmin etmək üçün bir FTP sifarişçisi tələb olunur. Bunun üçün istifadə olunan "FileZilla FTP Client" proqramını kompüterinizə yükləyə və şirkətiniz tərəfindən verilən əlaqə məlumatlarını daxil edərək fayl ötürülməsinə başlaya bilərsiniz.
DNS nədir?
"Domain Name System" - Kompüterlər vebsaytları tapmaq üçün IP ünvanlarından, istifadəçilər isə domen adları, yəni URL-lərdən istifadə edirlər. DNS-in vəzifəsi istifadəçinin daxil etdiyi URL-ni IP ünvanlarına çevirməkdir. Bir sözlə, DNS istifadəçi kompüterinin, domen adının və saytın yerləşdirildiyi hostinq serverinin arasındakı əlaqəni təmin edən sistemdir.
Disk sahəsi nədir?
Disk sahəsi şirkətin hostinq serverində sizin üçün ayırmış olduğu fayl yerləşdirmə sahəsidir. Qeyd edilən 500MB,1GB kimi ölçülər bu sahənin maksimum tutumunu göstərir. Əsasən, bu sahəyə fayl yüklənməsi üçn FTP-dən istifadə edilir.
Trafik (Bant genişliyi) nədir?
Bant genişliyi olaraq da bilinən hostinq paketlərində qeyd edilən bu trafik limiti vebsaytınıza gələn ziyarətçilərin səhifənizdə etdiyi əməliyyatların və məlumat köçürmələrinin limitini müəyyənləşdirir. Trafik istifadəniz vebsaytınızdakı şəkillər, səhifələr və videolar kimi faylların görüntülənmə sayına görə hesablanır.
Verilənlər bazası nədir?
Verilənlər bazası müntəzəm və bir-birilə əlaqəli məlumatların toplandığı bir sahədir. MySQL və MsSQL isə verilənlər bazalarının yaradılmasına, idarə olunmasına və dərc edilməsinə imkan verən serverdə quraşdırılmalı olan proqramlardır.
Subdomen nədir?
Subdomen hostinq paketiniz tərəfindən dəstəkləndiyi halda arzu etdiyiniz qədər aça biləcəyiniz alt domen mənasına gəlir. Subdomen yalnız hostinq paketinizin onu dəstəklədiyi halda istifadə edilə bilən bir xidmətdir. İstifadə sahələri yaradıcılığınıza görə fərqlənə bilər.