27 Apr 2019

2019-cu ilin ən məşhur proqramlaşdırma dilləri

PAYLAŞ

İlin ən populyar proqramlaşdırma dillərinin adlarının yer aldığı Stack Overflow 2019 anket nəticələri açıqlanıb. Hər ay təxminən 50 milyon proqramistin ziyarət etdiyi saytın anketində müxtəlif ölkələrin 90 minə yaxın proqramisti iştirak edib.

 

Python anketdəki digər proqramlaşdırma dilləri arasından yüksəlməyə davam edir. Rust-dan sonra ikinci ən sevilən dildir.

 

Anketə qatılanların yarıdan çoxu ilk kodlarını 16 yaşına çatmamışdan əvvəl yazıblar.

 

İşlərindən ən məmnun olanlar isə DevOps mütəxəssisləri və SRE (Site Reliability Engineer) vəzifəsinin nümayəndələridir. Onlar özlərini maaş və iş tapmaq baxımından üstün görürlər.

 

 

Python-un yüksəlişi

 

Artıq 7 ildir ki, zirvədə olan JavaScript bu dəfə öz yerini qoruyub saxlayıb. Siyahıda ən çox diqqət şey isə Python-un iki sıra birdən yüksələrək Java-nın da önünə keçməsi oldu. Python keçən il də C # -ni üstələyərək yüksəlişinə davam etmişdi.

 

 

Ötən ilin nəticələrinə görə, digər dillərin əksəriyyətinin istifadə nisbətlərinin azaldıldığını da qeyd etmək lazımdır. Yüksəlişdə olan digər dillər isə Go və TypeScript-dir.

 

 

Web Framework

 

jQuery web framework siyasının zirvəsində yer alarkən, onu React.js ilə Angular izləyir.

 

 

 

Ən çox sevilən, qorxulan və öyrənmək istənilənlər

 

Ötən il ən çox sevilən dillər siyahısında Rust, Kotlin və Python olsa da, bu il sıralama Rust, Python və TypeScript olaraq dəyişib.

 

Kod yazarkən ən çox çəkinilən dil isə bu il də dəyişmir və VBA olur. Daha sonra siyahını Objective-C və Assambleya davam etdirir.

 

 

Ən çox öyrənilmək istənilən dillərdə də önəmli bir dəyişiklik yoxdur. Zirvəni yenə Python, JavaScript və Go bölüşürlər.