16 Apr 2019

Biznesiniz üçün E-mail Marketinqin önəmi

PAYLAŞ

Gün ərzində müxtəlif markalardan endirim, məlumatlandırma, tanıtım və s. xarakterli e-poçtlar alırıq. Şirkətlərin bu kimi mesajlarda e-poçtlardan istifadə etməsinə E-mail Marketinq deyilir.

 

E-Mail Marketinq dövrünün kommunikasiya texnologiyalarına uyğun olaraq reklam, tanıtım, eyni zamanda, ROI və hədəf qrupu ilə ən yüksək səviyyədə qarşılıqlı əlaqəni təmin edən rəqəmsal marketinq üsullarından biridir.

Sorğulara əsasən, elektron poçt ünvanına sahib olan hər 100 nəfərdən 35-i müntəzəm olaraq hesabını yoxlayır. Bu insanların alış-veriş qərarları poçtla göndərilən e-bülletenlərə görə dəyişir. E-ticarət şirkətləri vebsaytlarına daxil olan istifadəçilərin demoqrafik məlumatlarını, istəklərini və əvvəlki satınalmalardan olan informasiyaları dəyərləndirərək hədəfli e-mail marketinq həyata keçirə bilərlər. Beləliklə, istifadəçilərin istəklərinə, ehtiyaclarına və zövqlərinə görə müxtəlif məhsullar təklif etmək imkanı əldə edirlər.

Hazırda istehlakçılar yalnız müştəri olaraq anılmaq istəmirlər. Bu nöqtədə markaların böyük bir payı var. Şirkətlər istehlakçılara müştəri kimi yanaşmadan öncə marka haqqında məlumat verməli və sınaq müddətində şirkətə daxil etməlidirlər. Başqa sözlə, saytına daxil olan istifadəçini alış-verişə başlamamışdan əvvəl sosial mediada onu əldən vermədən istehlakçını müştəriyə çevirmək lazımdır. Bu səbəbdən, markalar istehlakçılara sadəcə satış məqsədilə deyil, yeni trendlər, maraq dairələri və s. mövzularda da yanaşmalıdırlar.

 

E-Mail Marketinq ən böyük problemlərindən biri istifadəçiyə e-poçtu açdıraraq məzmunun oxunmasını təmin etməkdir. Şirkətlər daha çox istifadəçiyə çatmaq üçün müxtəlif metodlardan istifadə edərək e-poçtun açılma dərəcələrini (Open Rate) yüksəltməlidirlər. Bəs effektiv E-mail Marketinqi necə aparmaq olar?

 

Düzgün mesaj: Məktubun mövzusundan giriş cümləsinə; mesajın üslubundan istifadə edilən görüntülərə qədər hər şey mükəmməl olaraq planlaşdırılmalıdır. Eyni zamanda, günümüzdə gif, video və düymələrin e-poçtlara əlavə olunması geri dönüşüm faizlərini artıran amillərdir.

Marka adı ilə göndərmə: E-poçt göndərərkən göndərən şəxs bölməsində marka adınızı qeyd etməyi unutmayın. Şəxs adı ilə e-poçt göndərdiyiniz zaman istifadəçilər həmin şəxsi tanımırsa e-poçtu spam kimi qəbul edə bilərlər.

Effektiv başlıq: İstifadəçilər ilk olaraq məktubun başlığını görəcəkləri üçün güclü və diqqət çəkici bir başlıq seçilməlidir. Yazdığınız sözlər istifadəçinin gələn qutusundakı sıxlıqda fərqlənməlidir. Əlavə olaraq, e-poçt başlığında rəqəmlərdən istifadə edilməsi də məqsədəuyğundur.

Özəlləşdirin: İstehlakçıların çoxu şəxsi məlumatlarını markalarla paylaşır. Şəxsi məzmunun əhəmiyyətli olduğu bir zamanda istifadəçilərin sosial şəbəkələrdəki üzvlüyünə, onların axtarışlarına, səbətinə atdıqları və satın aldıqları məhsulları dəyərləndirməklə daha çox şəxsi e-poçt bülletenləri hazırlana bilər.

Mobil uyğunluq: Araşdırmalara görə, mobil cihazlarda oxunan e-poçtların sayı gün keçdikcə artmaqdadır. Mobil telefonda açılmayan məktublar istifadəçilər tərəfindən silindiyi üçün e-poçtlar mobilə uyğun şablonda da hazırlanmalıdır.

Satışa fokuslanmayın: E-poçt ünvanlarında davamlı olaraq “satın al”, “kampaniya”, “endirim” kimi sloqanları görən istifadəçilər bir müddət sonra sıxılmağa başlayacaq və məktublarınıza diqqət etməyəcəklər. Bu səbəbdən dəyər qata biləcək how-to rəhbərləri, məhsullar, onların istifadə sahələri haqqında müxtəlif məlumatlandırıcı paylaşımları da daxil etməlisiniz.