21 Feb 2019

Düzgün domen adı seçimi necə olmalıdır?

PAYLAŞ

Veb-saytınızı quracağınız zaman ilk öncə iki şeyə ehtiyacınız olacaqdır: Saytınızı “host” edəcəyiniz bir yer və domen adı. Bu iki şey sizin virtual mülkünüz və adresinizdir. İnsanlar sizi internetdə tapmaq üçün bu ünvana gələcəklər. Bunların hər ikisini əldə etmək olduqca asandır, lakin seçmək isə tamamilə ayrı bir mövzudur.

İş domen adı seçməyə gələndə qarşınıza sonsuz sayda alternativlər çıxacaq. Aralarından ən yaxşısını seçmək üçün isə diqqət etməli olduğunuz nüansları aşağıdakı kimi sıralaya bilərsiniz.

 

 

Açar sözlərə əsaslanan domen adlarını seçməliyikmi?

Saytınızın axtarış motoru optimallaşdırması ilə bağlı məlumat axtararkən domen adı haqqında adətən iki müxtəlif fikirlə qarşılaşacaqsınız. Bəziləri açar sözlərə əsaslanan URL-lərin önəmli olduğunu söylərkən, digərləri bunun vacib olmadığını iddia edirlər. Bəs hansı fikir daha doğrudur?

Hazırda 2010-cu ildə yaşasaydıq və Google Penguin deyə bir şey olmasaydı, açar sözlərə əsaslanan bir domen adı seçmək məcburiyyətində qala bilərdiniz. Lakin artıq Google SEO-nu dəyişdiyi və alqoritm yenilənmələrini tənzimlədiyi üçün bu zəruri hal almaqdan çıxıb.

Ancaq bu, açar sözlərə əsaslanan domen adlarından kənar qaçmanız mənasını vermir. Domen adınızdakı açar sözlər hələ də yaxşı bir şey ola bilər, çünki potensial izləyicilərinizdə saytınızın məzmunu haqqında fikir formalaşdırır. Məsələn, saytınız tütünsüz bir yaşam tərziylə bağlı olacaqsa, TütünsüzHəyat.com ziyarətçilərinizə saytınız haqqında bir çox şeyi söylədiyi üçün yaxşı seçim ola bilər. Amma bu adı seçməyiniz SEO baxımından qazanclı olacağınız demək deyil.

 

Markalaşdırıla bilən bir ad tapmağa çalışın

Google markalara hər şeydən daha çox önəm verir.

Marka olaraq önə çıxan bir ada sahib olmağınız uzun müddət işinizə yaraya bilər. Əlbəttə ki, axtarış motoru nəticələri səhifəsində üst sıralarda yer almaq üçün yaxşı bir URL-dən daha çoxuna ehtiyacınız olacaq, amma diqqət çəkici bir domen adına sahib olmaq da sizin və markanızın tanınmasını asanlaşdıracaq.

İnternetdə qısa və yaddaqalan adlar seçərək marka olmağı bacaran bir çox sayt vardır.

 

Tiredən istifadə etməyin

Özəl və yaddaqalıcı olmaq ümidilə seçmək istədiyiniz ad başqası tərəfindən alındığı üçün içində tire işarəsi olan bir domen adı almağı düşünə bilərsiniz. Lakin bunun bir çox dezavantajları vardır. Məsələn, birisi artıq NümunəDomen.com ünvanını alıbsa, sizin Nümunə-Domen.com adını almağınızın heç bir mənası olmayacaq. Adınızı xatırlayıb axtarış çubuğunda yazan şəxslər çox zaman tire qoymağı unudacaqlar. Bunun nəticəsində sizinlə heç bir əlaqəsi olmayan digər sayta daxil olacaqlar.