23 Feb 2019

Domen yönləndirmələri hansı hallarda edilməlidir?

PAYLAŞ

Domen yönləndirmələri müxtəlif məqsədlər üçün edilir. Vebsaytınızı yeni bir domenə keçirə və ya səhifələrinizin bəzilərinin URL strukturunu dəyişdirmiş ola bilərsiniz. Bu və bu kimi vəziyyətlərdə domen yönləndirməsi etməyiniz lazım olacaq.

 

Domen yönləndirməsi nədir?

Domen yönləndirilməsi edildikdə, veb brauzer müvafiq domeni digərinə yönəldir. Məsələn, brauzerinizin ünvan çubuğuna bir domen adı olan relentless.com yazsanız, Amazon.com ünvanına yönləndiriləcəksiniz. Bu bir domen yönləndirilməsidir.

Yönləndirmələr məzmunun bir URL-dən digərinə köçürüldüyünü serverlərə bildirmək üçün istifadə olunur. Əgər mövcud bir 404 səhifəniz varsa, bu kod üçün də yönləndirmələr edə bilərsiniz. Beləliklə, mövcud olamayan səhifənizə giriş etməyə çalışanlardan itirdiyiniz ziyarətçi axınını başqa bir səhifədən geri qazana bilərsiniz.

Xüsusilə, e-ticarət vebsaytları müəyyən bir məhsul artıq yoxdursa, yönləndirmələrdən istifadə edir. Nəticədə, ziyarətçilər 404 səhifəsilə qarşılaşmaq əvəzinə, axtardıqları məhsula oxşar digərlərini görə bilərlər.

 

Domen yönləndirməyin növləri

 

301 yönləndirməsi

301 yönləndirməsi ən çox istifadə edilən yönləndirmə növüdür. Qalıcı bir yönləndirmə növü olan 301 SEO üçün yönləndirmənin ən uyğun növüdür.

 

302 yönləndirməsi

301 və 302 yönləndirmələri bir çoxlarına görə bənzər şəkildə iş görürlər. Bir 302 yönləndirməsi    axtarış motorları və brauzerlərin səhifənin keçici müddətə köçürüldüyünü bilmələrini təmin edir. Bu səbəbdən keçici yönləndirmələr və daima dəyişikliklər edən şəxslərə 302-dən istifadə etmələri tövsiyə olunur.

 

Meta Refresh yönləndirməsi

Meta Refresh yönləndirmə bir server səviyyəsində deyil, səhifə səviyyəsində edilən yönləndirmə növüdür. Adətən daha yavaş işlədiyinə görə SEO üçün tövsiyə olunmur. Bu tip yönləndirmələr 5 saniyəlik geri sayımlarla işləyir və “5 saniyə ərzində yönləndirilməsəniz buraya klikləyin” mətnini təqdim edir.

 

Hansı növ yönləndirməni istifadə etməliyəm?

Domen yönləndirilmələrindəki əsas səbəb mövcud bir saytın SEO dəyərini qorumaq və yeni bir domenə ötürməkdir. Bu səbəbdən ən çox istifadə olunan 301 yönləndirmə növüdür. Belə bir yönləndirmə ilə həm brauzer, həm də serverlər müvafiq veb saytın qalıcı olaraq köçürüldüyünü, eyni zamanda original kontentin də yeni URL-yə keçdiyini biləcək. Əgər tamamilə bir SEO üçün yönləndirmə icra edirsinizsə bunun bir az zaman alacağını unutmayın.

Digər yönləndirmə növləri 301-in etdiyi qədər çox iş görmürlər, çünki axtarış motorlarında effektiv olmurlar və sıralama dəyərləri 301-dəki kimi uğurlu deyil. Yalnız bir veb master bilərəkdən yeni səhifəyə bağlantı göndərmək istəmədiyi zaman digər alternativlər daha əlverişli sayıla bilər.