09 Apr 2019

Google AdMob nədir?

PAYLAŞ

Google AdMob mobil tətbiq developerləri tərəfindən təqdim edilən bir xidmətdir. Daha çox gəlir əldə etmək məqsədi daşıyan, lakin Google Ads və Google AdSense-dən fərqli bir xidmət təklif edən platformadır. AdMob mobil tətbiqinizə reklam alaraq onu daha qazanclı hala gətirməyə imkan yaradır.

Tətbiqlərin yüklənmə sayına görə deyil, reklamların əldə etdiyi klik sayına görə gəlir qazandırır.

 

In-app reklamlarından daha çox pul qazan

Google reklamları real zamanda göstərə və ya AdMob vasitəsilə reklam əməliyyatlarını asanlaşdıra bilər, rəqabətin artırılması və daha çox gəlir əldə etmək üçün AdMob-dan istifadə edə bilərsiniz.

Reklam sahənizlə rəqabət aparmaq üçün milyonlarla reklam verənlə çalışaraq prosesi tam nəzarət altında saxlayır və qazancınızı maksimum dərəcədə artırmağa kömək edir.

 
Pozitiv istifadəçi yaratmaq

Pozitiv istifadəçi təcrübəsi şübhəsiz ki, hər bir şirkət üçün əvəzolunmaz dəyərə sahibdir. Google AdMob pozitiv istifadəçi təcrübəsi yaratmağınıza önəm göstərir. Müxtəlif reklam şablonları ilə fərdiləşdirmə həyata keçirin və tətbiqi yenidən yayımlamadan bu fərqli sxemləri sınaqdan keçirərək pozitiv istifadəçi təcrübəsinə yardım edə bilərsiniz.

Bundan başqa, istifadəçilər in-app mükafatları qarşılığında olan reklamları üstün tuta bilərlər. Bu mükafatlı reklamlar həm də tətbiq gəlirinizi optimallaşdırır.

 

Sürətli bölgü

Tətbiqiniz qlobal və ya yerli olmasının fərqi olmadan, reklamlarınız; 200-dən çox bazardakı istifadəçilərə göstərilir. Dünyanın 100-dən çox şəbəkəsindən yeri və reklam formatlarına əsasən ən yaxşı performansa sahib olan şəbəkələri görə bilərsiniz. İstifadəçilərinizi bölmək üçün Firebase-dən bir kütlə yarada bilərsiniz. Ən çox gəlir əldə edənləri öyrənmək üçün olan bu hesabat sadəcə bir klik uzağınızdadır.

 

Hesabat

Hər görüntələnmə üçün ən yüksək CPM qazanmaq mümkündür. Bütün iştirak edən şəbəkələr eyni vaxtda çağırılaraq, reklam mənbələri hər görüntülənmə üçün real vaxt təkliflərini təqdim edə bilər. Google reklam gəlirini, məhsul strategiyasını yaradır; ağıllı qərarlarını asanlaşdırmaq üçün öz hesabatlarını hazırlayır.