09 Mar 2022

Son günlər Rusiya-Ukraynada müharibəsi fonunda Rusiyada internetin məhdudlaşdırıla biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Bildirmək istəyirik ki, "SAYT.AZ" şirkətinin serverlərinin əksəriyyəti Rusiyada yerləşən data mərkəzlərindədir. Son baş verənlər bizi də narahat edir.
Rusiyada internetin məhdudlaşdırılması ehtimalına görə, şirkətimiz serverlərin fəaliyyətinin davamlılığı üçün işlər görür. Belə ki, serverlərin başqa data mərkəzinə köçürülməsi işlərinə başlanılıb.
"SAYT.AZ" şirkəti bütün hostinq və reseller müştərilərinə bu ehtimalları nəzərə alaraq tam ehtiyat nüsxə (full backup) götürməyini xahiş edir. Baş verə biləcək fövqəladə hallarda məlumatların itməməsi üçün bu çox vacibdir.