22 Apr 2019

Məşhur CEO-lar sosial mediadan necə istifadə edirlər?

PAYLAŞ

CEO bütün dünyada əmək bazarı üçün ən vacib vəzifələrdən biridir. Bu gün dünyanın ən böyük şirkətləri CEO-lar tərəfindən idarə olunur və onlar ən mühüm qərarları qəbul edən şəxslərdir.

 

CEO-lar sosial media hesablarını niyə istifadə etmirlər?

Sosial medianın istifadə dərəcəsi gün keçdikcə daha da artarkən sadəcə fərdi olaraq deyil, eyni zamanda bir çox firma və korporatsiyalar tərəfindən də istifadə edilməyə başlayıb. Lakin bu faiz hələ arzuolunan rəqəmlərə çatmış deyil.

Fortune 500 jurnalının araşdırmalarına görə, CEO-ların sosial mediadan istifadə dərəcələri hazırda 61% -dir. Onların sosial mediada aktiv olmamalarının və ya heç istifadə etməmələrinin ən böyük səbəbi buna ayıracaq zamanlarının olmamasıdır. Uzun və gərgin iş saatları olan CEO-lar həqiqətən də sosial media hesablarının istifadəsinə kifayət qədər vaxt ayıra bilmirlər. Digər səbəblər isə sosial medianın istifadəsi haqqında kifayət qədər məlumatlara malik olmamaları, onun gücünün fərqində olmamaları və ya inanmamaları kimi göstərilir.

Təbii ki, bu, biznes üçün bir o qədər xoş hal deyildir, çünki CEO-nun nüfuzu bir şirkətin bazar dəyərinin 44% -dən birbaşa məsuliyyət daşıyır. İşəgötürmə, korporativ nüfuz və paydaşların etimadı üzərindəki təsirini düşündüyümüzdə bir CEO-nun şəxsi markasının maliyyə təsirini nəzərə almamaq çətinləşir.

Sosial media şəffaflığı güclü bir markanın yalnız bir komponentidir, lakin olduqca önəmlidir.

 

CEO-ların ən çox istifadə etdikləri sosial şəbəkələr hansılardır?

Sosial şəbəkələrdən istifadə edən CEO-ların ilk seçimləri Linkedin-dir. Facebook, Twitter, Instagram, Youtube və Google + kimi şəbəkələrin hər birində aktiv olan CEO isə demək olar ki, yox dərəcəsindədir. Linkedin-dən sonra isə ikinci pillədə Twitter dayanır. Facebook-un istifadə dərəcəsi yalnız 11 %-dir.

 

Tesla CEO’sunu və İdarə Heyəti sədrlərini çətinliyə salan “tweet”

Elektrikli avtomobil istehsalçısı Tesla'nın CEO-su Elon Musk Twitter hesabından etdiyi paylaşıma görə ABŞ Qiymətli Kağızlar və Borsalar Komissiyası (SEC) ilə məhkəməlik olmuşdu.

Twitterdə 24 milyon izləyicisi olan Musk Tesla səhmlərini geri qaytarmaq üçün maliyyə resursu tapdığı ilə bağlı açıqlama etmişdi. Bu mesaj səbəbilə Musk 20 milyon dollar cərimələnmiş və şirkətin idarə heyətindən ayrılmaq məcburiyyətində qalmışdı.

Məlumdur ki, şirkət nümayəndələri bu cür məlumatların paylaşılmasına olduqca həssas yanaşmalıdırlar. Elon Muskın "tweet"i isə əsaslı səbəb olmadan şirkətin səhmlərinin artımına səbəb oldu.