Qısa və yaddaqalan veb ünvanlarına olan ehtiyacları təmin etmək üçün təqdim edilən .CO, onlayn markanız üçün qlobal bir seçim təklif edən domen uzantısıdır və hazırda müxtəlif dil və mədəniyyətlərdə tanınır. Beynəlxalq fəaliyyətə isə 20 İyul 2010-cu ildə başlayıb.
-
Bu "company" nin qısaltmasıdır
Bir çox insana görə bu iki hərfin birləşməsi – CO“company” və ya “corporation” mənasını verir.
-
Ölkə kodu domen uzantılarında istifadə olunur
20-dən çox ölkə şirkət və ya kommersiya məzmunlu veb saytlarında .CO –dan istifadə edir (məs., .co.uk, .co.in, .co.il, .co.jp, və s.). Onlayn marketinq strategiyasına .CO domeni əlavə edərək, ölkənin xüsusi saytları beynəlxalq müştərilərinə xidmət göstərən yeni bir veb versiyaya sahib ola bilərlər.
-
Coğrafi məna ifadə edir
Bəzi versiyalarda isə .CO Kolumbiya və ya ABŞ-ın Kolorado ştatının qısaltması kimi göstərilir.
.CO və .COM arasındakı fərq nədən ibarətdir?
.COM 100 milyondan çox qeydiyyatı olan domen uzantısıdır. Əgər status-kvo ilə aranız yaxşıdırsa .COM tam sizə görədir. Digər tərəfdən isə.CO daha yeni,qısa, sosial və əlverişlidir. Mobil cihazlarda internet istifadəçilərinin sayının artması ilə qısa və yaddaqalan veb ünvanlarına tələbat yaranmışdır. Yenilikçi və qabaqcıl bir şey istəyirsinizsə, yolunuza .CO ilə davam edin.
.İnfo, .mobi, .org və .tv kimi domen adları xüsusi niş bazarlarında onlayn markanızın ehtiyaclarını təmin edir. .CO isə ümumi məna baxımından və niş spesifikliyinin olmaması ilə fərqlənir.
.CO bütün digər domen adlarında olduğu kimi qeydiyyatdan keçirilir. Siz onu bir və ya bir neçə il üçün xüsusi domen qeydiyyat mərkəzlərindən əldə edə bilərsiniz. Veb ünvanınızı yeniləyənə qədər bu, sizə aid olacaq.
Niyə .CO qiymətləri daha yüksəkdir?
.CO domen adlarının qeydiyyatı üçün illik qiymət etiketi adətən, .com və digər köklü domen uzantılarından daha yüksəkdir. Bunun səbəbi qeydiyyatdan keçən, lakin istifadə olunmayan domenlərin yayılmasının qarşısını almaqdır.
Onlayn markanız üçün etibarlı bir domenə sahib olmaq istəyən bir sahibkarsanız bu qiymətlər sizin üçün uyğun olacaq.
Axtarış motorları üçün .CO və .COM eynidirmi?
Bəli, Google .CO – nu xüsusi olaraq etiketləyib və bu, bərabər keyfiyyətli axtarış nəticələri mənasını verir.
.CO -ya necə keçə bilərəm?
Bu, olduqca sadədir və axtarış motorunuzun reytinqlərinə təsir göstərməyəcək. Sadəcə olaraq, müvafiq 301 yönləndirməsini tətbiq etdiyinizə əmin olun.
.CO Kolumbiya üçün ccTLD kateqoriyasına aid edilir ?
Tamamilə. ISO. 3166-a uyğun olaraq, Kolumbiya üçün ccTLDdir. Lakin Kolumbiyadakı istifadəçilər üçün bir veb sayt yaratmaq istəyirsinizsə, bunun əvəzinə.COM.CO domeni tövsiyə olunur. Bu, Kolumbiyada Google tərəfindən istifadə edilən və kolumbiyalı ən böyük veb saytların istifadəçilərini hədəf alan domen uzantısıdır. Dünyanın istənilən ölkəsindən istifadəçiləri hədəfləyən qlobal bir sayt yaratmaq istəyirsinizsə, seçiminiz .CO olmalıdır.