Əgər hostinq şirkətlərində satılan paketlərə diqqət yetirsəniz, burada reseller paketlərini də tapa bilərsiniz. Reseller paketləri ilə heç bir infrastruktur olmadan hostinq ticarəti etmək mümkündür. Bütün zəruri infrastruktur hostinq şirkəti tərəfindən təmin olunarkən, siz özünüz isə satışla məşğul olaraq yaxşı gəlir əldə edə bilərsiniz.
Reseller paketi təklif edən bir hostinq saytına daxil olsanız, bu paketlərin ümumi paketlərə nisbətən daha bahalı olduğunu görəcəksiniz. Lakin qiymətlə birlikdə bu paketlərin üstünlükləri də daha çoxdur. Bir reseller paketi içərisində bir çox saytın yerləşdirilməsi mümkündür.
Reseller hostinq bir veb hostinq provayderi kimi öz müştərilərinizi hostinq xidmətlərilə təmin etməyə imkan yaradır. Daha çox öz veb hostinq xidmətini təklif etmək istəyən sahibkarlar, veb-developerlər və markalarında əlavə xidmətlər təqdim etmək istəyən dizaynerlər tərəfindən istifadə olunur.
Reseller fəaliyyətiniz aşağıdakı prosesləri əhatə edəcəkdir:
- Hostinq şirkətlərinin araşdırılması
- Biznes məqsədlərinizə uyğun olan paketin seçilməsi, satın alınması
- Yeni müştərilər üçün hədəf bazarınızı tanımaq və anlamaq
- Öz markanızla hostinq paketlərinin yaradılması
- Qiymət siyasətinin müəyyənləşdirilməsi
- Hostinq paketlərini müştərilərə satmaq
- Qazanc