Zamanınız hər zaman məhduddur. Siz artıq bu cümləni bitirənə qədər kimsə saytınıza daxil olub və tərk edəcək. Buna görə də ziyarətçilərinizə vebsaytınızda qalmaları üçün tutarlı səbəblər verməlisiniz. Saytınızda ziyarətçilərin qalma müddətinin qısa olması onların saytınıza olan marağın azlığının ən böyük göstəricisidir.
Əgər məqsədiniz ziyarətçilərinizlə möhkəm əlaqələr yaratmaqdırsa, o zaman elə ilk səhifədən onların diqqətini çəkməyi bacarmalısınız. Bunun üçünsə ilk növbədə vebsaytınızın dizaynına xüsusi yanaşmalısınız. Çünki vebdizaynda yol verdiyiniz səhvlər sizi ziyarətçilərinizdən uzaqlaşdıracaqdır.
Veb dizaynda daha çox edilən yanlışlardan bəziləri:
Köhnəlmiş dizayn. Ola bilsin ki, saytınız 2009-cu ildə ən son texnologiyaya sahib idi. Onun bir başlığı, kənar çubuqları və mərkəzdən aşağı doğru uzanan böyük bir bilgi toplusu var. Lakin gəlin, hazırki vəziyyətə nəzər yetirək. O, bizə təxminən ötən 10 ili xatırladacaq. Çünki saytınızın artıq müasir dizayn ideyaları ilə yenilənməsinin zamanı çoxdan gəlib. Bu cür səhifə tərtibatı son 10 ildə inkişaf edib. Günümüzdə isə ən yaxşı saytlar məzmunu daha kiçik bitlərə bölür.
Çox sayda stok şəkil və ikonlardan istifadə olunması. İnsanlar eyni görüntünü bir neçə fərqli saytda gördüklərində artıq sizə olan etimadlarını itirirlər. Məsələn, iclas masası ətrafında əyləşən şəxslərin rəsmi. Demək olar ki, daxil olduğumuz bütün korporativ saytlarda görməyə adət etmişik. Ona görə də əmin olun ki, bu mənzərə onları bir çox ofisə aparacaq.
Həddindən artıq müxtəlif rəng və tonlar. Siz saytınıza maraq qatmağa çalışsaz da, etdiyiniz sadəcə qarışıqlıq yaratmaq olur. Rəngləri və şriftləri məhdudlaşdırın. Tematik rəng sxemini qoruyun. Professional saytlar üçün üç və ya daha az font müxtəlifliyindən istifadə etməyə çalışın.
Yanlış məqsədlər üçün dizayn. İşə hər zaman hədəf auditoriyanızı müəyyənləşdirərək, dizayn və məzmunu fərdiləşdirməklə başlayın. Vebsaytınızın modern görünməsini və ya bəyəndiyiniz digər bir sayta bənzəməsini istəyə bilərsiniz, lakin auditoriyanızın istək və ehtiyaclarını bilmirsinizsə, uğursuzluqla üzləşə bilərsiniz.