22 Feb 2019

Vebsayt baxımı - 7 addımda

PAYLAŞ

Bir veb sayt yaratmış olmanız hələ işi tamamlamağınız demək deyil. Veb saytlar eyni zamanda müəyyən periodlarla qulluq da tələb edirlər. Bu mövzuda etməli olduğunuz bəzi məsələlər var. Bunlar illik, 3 aylıq, aylıq və ya həftəlik olaraq bölünə bilərlər.

 

İllik veb sayt baxımı

 

İstifadəçi testləri edin

İstifadəçiləriniz üçün ən yaxşısını etməyə çalışdınız və onlara gözəl bir təcrübə yaşatdınız. Lakin istifadəçilərinizin istəkləri və vebi istifadə etmə şəkilləri daimi olaraq dəyişir. 10 il öncə qurulmuş və zamanında olduqca faydalı olan veb saytların hazırda istifadəçilərə necə bir təcrübə yaşadacağını düşünün. Bu səbəbdən veb saytınızın hələ də yararlı olduğunu və bütün cihazlarda problemsiz olaraq işlədiyini anlamaq üçün ildə bir dəfə istifadəçi testləri edin.

Testi edərkən markanız və ya işinizlə bağlı şəxsləri seçdiyinizdən və bütün brauzerlər ilə cihazları testə daxil etdiyinizdən əmin olun.

 

Üç aylıq veb sayt baxımı

 

Satınalma əməliyyatlarınızı test edin

Bir çox veb saytın ən önəmli funksiyalarından biri satınalma əməliyyatlarıdır. Əgər bu əməliyyatlar gerçəkləşməzsə, problemi aşkar edib aradan qaldırana qədər böyük miqdarda zərərə uğraya bilərsiniz. Ona görə də ən azı 3 aydan bir prosesin necə işlədiyini görmək üçün bəzi testlər edin. Bunu özünüz edə biləcəyiniz kimi işçilərinizə də etdirə bilərsiniz.

 

Bütün veb sayt formlarınızı test edin

Veb saytınızda ziyarətçilərin doldurması üçün hər hansı bir əlaqə form varsa çalışdığından əmin olun. Satınalma testlərini edərkən bu formları da aradan çıxara bilərsiniz. Digər maddələrdə olduğu kimi yenə bütün brauzerləri və cihazları test etməyi unutmayın.

Əgər formlarınızdan hər hansı biri düzgün çalışmırsa potensial müştərilərinizi qaçırmış ola bilərsiniz. Bu səbəbdən problem yaranmadan onu müəyyən etməyə çalışın.

 

“Broken” linkləri düzəldin

Problemli linklər sizin və markanızın imicinə mənfi təsir göstərir və ziyarətçilərinizi sizdən uzaqlaşdırır.

Nə qədər uğurlu olursunuz olun bir gün mütləq veb saytınızda “broken” linklər olacaqdır; bəzən yönləndirmə prosesi, bəzən ad dəyişikliyi. Lakin vaxtında edəcəyiniz baxımlarla bu linklərin veb saytınızda uzun müddət qalmadığından əmin ola bilərsiniz. Bir neçə aydan bir saytınızdakı “broken” linkləri yoxlayın. Varsa aradan qaldırın və ya yenisilə əvəz edin.

Üstəlik bu proses olduqca asandır. Google Search Console kimi bu prosesləri avtomatik icra edən pulsuz seçimlər mövcuddur.

 

Aylıq veb sayt baxımları

 

Təhlükəsizlik güncəlləmələrinə diqqət edin

Veb saytı kiber hücumlardan qorumaq hər kəs üçün çox vacib bir prioritetdir. Xüsusilə e-ticarət saytınız varsa, müştərilərinizin məlumatları üçün daha çox məsuliyyət daşıyacaqsınız. Buna görə veb saytınızın bütün qatlarını, əlavələrini yoxlamalı və güncəl olduqlarına əmin olmalısınız.

 

Daimi olaraq saytınızı yedəkləyin

Hər vəziyyətdə saytınıza yetərincə hakim olduğunuzu və səhv etməyəcəyinizi düşünə bilərsiniz. Lakin haqlı olsanız belə, kiber hücumlar saytınıza qalıcı zərərlər verə bilər. Bu kimi vəziyyətlərdə əgər bir yedəkləməniz varsa, hər şeyi geri qaytarmaq daha asan olcaqdır.

 

 

Həftəlik veb sayt baxımı

 

Metriklərinizi incələyin

Google Analytics istifadəçilərin saytınızı necə tapdıqları və istifadə etdikləri haqqında önəmli məlumatları sizə ötürə bilir. Bu məlumatları daim incələyin və saytınızın istəklərinizi yerinə yetirdiyindən əmin olun. Həftədə bir dəfə Analytics-ə daxil olaraq, nələrin yolunda olduğunu və nələri yaxşılaşdırmalı olduğunuzu izləyin.