25 Mar 2019

cPaneldə spam trafikin qarşısının alınması

PAYLAŞ

Sadəcə saytın hitini artıran, lakin saytda qalma müddəti kimi SEO kriteriyalarında önəmli yerə sahib olan xüsusiyyətləri sıfır olan spam trafikləri saytların ən böyük düşmənlərindən biridir.

Saytınıza gələn bu yararsız trafiklərin qarşısını alaraq SEO çalışmalarınızın zərər görməsinə əngəl ola bilərsiniz. Bu prosesi cPanel üzərindən etmək mümkündür.

 

cPanel dünyanın ən böyük hostinq idarə panellərindəndir. Bir çox xüsusiyyətilə istifadəçilərin işini asanlaşdıran cPanel ilə saytınıza gələn spam trafikini əngəlləyə bilərsiniz.İlk olaraq, Google Analytics-dən saytınızda spam trafik yaradan linkləri müəyyənləşdirin.

Google Analytics-də "Acquisition / Channels" bölməsinə klikləyərək Direct, Social, Refferal kimi seçimlərdən Refferal ya da Direct olanı seçirik və buradakı saytların siyahısını yoxlayırıq.

Sayta gələn trafikin spam olduğunu anlamaq üçün ilk olaraq domeninə diqqət etməliyik. Mənasız bir domendən gəlirsə, spam olma ehtimalı yüksəkdir. Daha sonra saytda qalma müddətinə baxa bilərik. Bu da sıfır olursa, o zaman gələn trafik bizim üçün spamdır.

Bu cür saytları müəyyənləşdirib daha sonra cPanelə daxil oluruq.

cPaneldə “IP Blocker” bölməsinə klikləyirik. Açılan səhifədəki qutucuğa Anayltics üzərində müəyyənləşdirdiyimiz saytların URL-lərini yazıb “Add” düyməsinə basırıq.

Beləliklə, IP əngəlləmə prosesini tamamlamış oluruq. Əngəllənmiş IP-lərin siyahısını görə bilər və arzu etdiyimiz halda əngəlləri qaldıra bilərik.